Fanta Gənclik Festivalı

Tədbirin brendinqi və təşkilatı
2013
2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq “Fanta Gənclik Festivalı” adlı böyük musiqi konserti keçirilməsi planlaşdırılırdı. Buradakı məqsəd musiqi tədbirindən istifadə edərək gənclərin Fanta-ya qarşı bağlılığı artırmaq idi. Bununla əlaqədar geniş kommunikasiya planı hazırladıq.  Buraya “topla və qazan” prinsip əsasında promo-aksiya, McDonalds ilə əməkdaşlıq, radio-aktivasiyalar, çöl reklamı, BTL, həmçinin güclü sosial media kampaniyası daxil idi.
Biz Türkiyədə keçirilən Fanta Gənclik Festivalında azərbaycanlı bir oğlanın azərbaycanlı bir qıza vurulması və konsertdən sonra onu tapa bilməməsi üzərində hekayə düşündük. İndi bu festivalın Azərbaycanda keçirilməsi həmin oğlanda böyük ümid yaratmışdı ki, vurulduğu qız burada iştirak edəcək. Oğlan həmin qızla olan şəklini internetə yerləşdirir və hər kəsdən xahiş edir ki, bu şəkli paylaşsın. Bununla oğlan həmin şəklin qıza gedib çatmasını ümid edir. Bu hekayə həddindən artıq çox yayıldı.
Baxım sayı 23 milyona, rəqəmsal kommunikasiyalarda isə ümumi əhatə 2 milyona çatmışdır. 20 000 iştirakçının gələcəyi gözlənilən konsertə isə 30 000-dən çox iştirakçı qatıldı.
SaveSave