Mərcləşək?

Topaz mərc operatorunun rəqəmsal kampaniyası
2014
Topaz Azərbaycanda fəaliyyət göstərən yeganə mərc şirkətidir. Xalq arasında qumara və mərcə qarşı olan mənfi fikri aradan qaldırmaq üçün Topaz yeni kampaniyaya başlamaq qərarına gəldi. Əsas insayt elə öz mədəniyyətimizlə bağlı idi — mərcə girmək pis bir şey deyil və əslində, bizim mədəniyyətə yad deyil. Layihə çox güclü rəqəmsal kampaniya ilə həyata keçirildi. Biz ideyamızı gülməli formada insanlara çatdırmaq üçün “Bozbaş Pictures” televiziya layihəsi ilə xalqın rəğbətini qazanmış, ölkənin ən yaxşı komik personajları olan Şəmi və Şöşünü seçdik. 
Hekayə 8 video ilə 8 həftə efirdə oldu və izləyicilərə 8 fürsət verildi ki, öz sevimli qəhrəmanları Şəmi ya da Şöşüyə səs versinlər. Biz mərc videosunu həftənin əvvəlində saytda yerləşdirirdik. Bir həftə davam edən səsvermədən sonra videonun davamı nəticələrə görə müəyyən olunurdu. İstifadəçilər videonu paylaşaraq xallar qazanırdı və bu xallar səsvermədə istifadə olunurdu.
Kampaniya böyük uğur qazandı və 2015-ci ildə əhatə dairəsinə görə Azərbaycanın ən böyük rəqəmsal kampaniyası oldu. Həmçinin, Red Jolbors festivalında bizə bürünc qazandırdı.
SaveSave
1