Özün kimi ol

Sprite üçün rəqəmsal kampaniya
2013
Sprite-ın “Özün kimi ol” layihəsi üçün yaddaqalan rəqəmsal kampaniya həyata keçirdik. Biz burada məşhur simalardan istifadə etdik, amma heç kimin gözləmədiyi formada. Bir fotoqraf, bir boksçu və bir aparıcı öz sosial şəbəkələrində sosial imiclərinə uyğun olmayan şeylər paylaşmağa başladılar. Daha sonra həmin məşhurların əslində necə olduqları, cəmiyyətin düşündüyündən necə fərqləndikləri virus videolarla yayılmağa başladı.
 
Güclü SMM dəstəyi, eləcə də çöl və daxili reklamlar, televiziya kimi digər kanallar vasitəsilə bu kampaniya insanları əslində necə olduqlarını göstərən şəkilləri paylaşmağa çağırırdı. Bu layihə qeydə alınmış 69 000 kodla (qapaqların altındakı) kütləvi rəqəmsal kampaniya ilə başa çatdı. Promo satışlar və promouterlər olmadan bu nəticələr inanılmaz idi. Bizim üçün reklamda innovasiya budur.
SaveSave
SaveSave
SaveSave