Gücümüz Həmrəylikdədir
4-cü İslam Həmrəyliyi Oyunlarının brendinq və kommunikasiya dəstəyi
2017
McCann Baku ən böyük beynəlxalq idman tədbirlərindən biri olan 4-cü İslam Həmrəyliyi Oyunları üçün brend mütəxəssisliyi və dizayn partnyorluğu üzrə keçirilən tenderi qazandı. İlk dəfə olaraq bu səviyyədə bir tədbir üçün loqo, brend və vizual kimlik, brendin istifadə qaydaları yerli agentlik tərəfindən həyata keçirildi. Layihə “Paradox” dizayn studiyası ilə əməkdaşlıqda həyata keçirildi. Layihənin məqsədi İslam və Azərbaycan mədəniyyətini özündə əks etdirən müasir və dinamik brend yaratmaq idi.
Bakı 2017 üçün əsas vizual tərz bir çox müsəlman ölkələrinin mədəniyyətində geniş yayılmış xalça toxuculuğunun müasir təfsiri ilə bağlıdır. Xalça naxışlarındakı ünsürlər ölkəmizin mədəni irsini simvolizə edir. Bu ünsürlər UNESCO Ümumdünya İrsinə salınmış Qobustan Dövlət Qoruğundakı qayaüstü rəsmlərinə hörmət əlaməti olaraq idman piktoqramları ilə zövqlə birləşdirilmişdir.