Ulduzum qoymaz uduzum

Bakcell Ulduzum sadiqlik proqramının başlanğıcı
2013
Bakcell bütün müştəriləri üçün sadiqliq proqramını elan etdi. Endirimlər və digər üstünlüklər təklif edən bu proqrama bir çox restoranlar, paltar, ev əşyaları satılan mağazalar, həmçinin, sağlamlıq və bərpa mərkəzləri və digər xidmət nöqtələri daxildir.
Bizim vəzifəmiz Bakcell brendinin əsl mahiyyətini — hər zaman müştərilərinin yanında olan yaxın və sadiq dost — əks etdirən kommunikasiya yaratmaq idi. Əsas məqsəd bütün istehlakçıları əhatə edə biləcək səmimi və yaddaqalan reklamlar çəkmək idi.
Kampaniya rekord qırdı. 6 aydan sonra 500.000 abunəçi, 2 ildən sonra 1.800.000 abunəçi “Ulduzum”dan istifadə etdi. Bu rəqəmlər “Ulduzum”u sadəcə operatorlar arasında deyil, eləcə də bütün Azərbaycanda ən böyük sadiqliq şəbəkəsinə çevirdi.
 
1 2 4