Ulduzlar Liqasını qarşılayın
Bakcell — "Mançester Yunayted" tərəfdaşlığının elanı kampaniyası
2012
İmicini yeniləmək və daha premium mövqeləndirməyə sahib olmaq istəyən Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti dünyanın ən populyar futbol klublarından biri olan “Mançester Yunayted”lə 3-illik tərəfdaş müqaviləsini bağlamışdır. Kommunikasiya ideyasının hazırlanması və layihə başlanğıcının təşkili McCann Baku-ya həvalə olunmuşdur. Konsepsiya iki ulduzun qovuşması ideyası üzərində qurulmuşdur — Bakcell-in ulduz loqosu və futbolun ulduzu olan “Mançester Yunayted” bir araya gəlməklə Ulduzlar Liqasını yaratmış olurdu.
Kommunikasiya tizer və açıqlama mərhələlərinə bölünmüşdür. Tizer kommunikasiyasının məqsədi 15.10.12, yəni müqavilənin bağlanacağı tarixi ətrafında müəyyən rezonans yaratmaqdan ibarət idi. Açıqlama mərhələsi əsas TV çarxla başladı — orada “Mançester Yunayted” oyunçuları Bakcell-in müştəri xidmətləri əməkdaşları rolunda çıxış etməklə Bakcell-in insanlara ən yaxşı həllər təqdim etdiyini və ən yaxşı şəkildə xidmət göstərdiyini nümayiş etdirmişdilər.

Açıqlama mərhələsinin digər vacib elementi xüsusi olaraq ictimaiyyət üçün yaradılmış unikal əyləncə məkanı olan Ulduzlar Zalı idi. Ulduzlar Zalında qonaqların “Mançester Yunayted”in muzeyindən gətirilmiş eksponatlarla tanış olmaq, oyun oynamaq, fotozonada şəkil çəkdirmək və digər əyləncələrlə məşğul olmaq imkanları var idi.
Tərəfdaşlığın başlanğıc tarixi TV çarxını, geniş yayılmış çöl reklamını, ticarət nöqtələrinin brendləşdirilməsini, qeyri-standart interaktiv fəaliyyətlərini, BTL və rəqəmsal işlərini və PR materiallarını ehtiva edən tam inteqrasiya olunmuş marketinq kommunikasiyaları vasitəsilə həyata keçirilmişdir. Kampaniya möhtəşəm nəticələr göstərdi və ümumilikdə hamı tərəfindən müsbət qarşılandı.