Axe Apollo Kosmik Akademiyası

Axe üçün rəqəmsal kampaniya
2013
Axe yeni Axe Apollo ətrinin buraxılması ilə əlaqədar olaraq Axe Apollo Kosmik Akademiyasına qlobal seçim kampaniyası həyata keçirirdi. Bir çox ölkələrdən seçilən iştirakçılar ABŞ-ın Florida ştatında əsl kosmik düşərgədə məşq keçdilər və kosmosa səyahət etmək üçün şans əldə etdilər! Biz bu kampaniya ətrafında böyük ajiotaj yaratmaq üçün əsas platforma olaraq lokallaşdırılmış veb-saytdan istifadə etdik. Burada namizədlərin seçilməsini və səsverməni həyata keçirdik. SMM komandamızın köməyi ilə minlərlə Facebook istifadəçisini Axe Apollo fan səhifəsinə yönləndirdik. YouTube, qeyri-standart bannerlər kimi digər kanallar və effektiv reklam yerləşdirmə strategiyası sayəsində 53 milyon nümayiş və 50 minə yaxın veb-sayt ziyarətçisi rəqəmlərini əldə etdik. Bir neçə mərhələ keçirildi, 4 finalçı müəyyən edildi və 1 qalib elan olundu, hansı ki, Azərbaycanı ABŞ-ın Florida ştatındakı Qlobal Kosmik Düşərgədə təmsil etdi.