Hədləri aşan internet
Bakcell Sür@ 3G mobil internetinin kommunikasiya kampaniyası
2013
Bu layihə Azərbaycanın reklam sahəsində yeni bir səviyyə müəyyən etdi. Azərbaycan TV məkanında ilk dəfə idi ki, bir reklam məşhur Hollivud rejissoru Paul WS Anderson tərəfindən çəkilirdi. O, bu reklamı təqdim etmək üçün şəxsən Bakıya gəldi və bu reklam çarxına həsr olunmuş bir sıra tədbirlərdə iştirak etdi. Reklam çarxının ideyası “Mançester Yunayted” futbolçuları və Bakcell-in 3G rabitə sürətinin bənzərliyinə əsaslanırdı.