Futbol Bayramını Braziliyada yaşa!
Clear – FİFA Dünya Kuboku 2014
2014
Kampaniyanın əsas məqsədi brend və ilin ən böyük futbol hadisəsi olan Braziliyada keçiriləcək Dünya Çempionatı arasında əlaqə yaradaraq brendə sadiqliyin artırılması və satışlara təkan verilməsi idi. Biz əsas aktivasiya olaraq inteqrasiya olunmuş marketinq kampaniyası ilə stimullaşdırıcı lotereya hazırladıq. Hər həftə Sony TV dəsti qaliblərə təqdim olundu. Əsas priz isə Braziliyada Dünya Çempionatının ¼ final mərhələsinə bilet idi.
Kampaniya promo-videonun hazırlanması, çöl və satış nöqtələrində reklam materialları, alış-veriş mərkəzlərində aktivasiyalardan ibarət idi. Güclü kommunikasiya planı iştirakçıların sayını yüksək səviyyəyə çatdırmışdı.