2011 AIBA Dünya Boks Çempionatı

Brendinq, kommunikasiya dəstəyi və tədbirin təşkili
2011
2011-ci ildə Bakıda keçirilmiş AIBA Dünya Boks Çempionatına 113 ölkənin 506 boksçusu təşrif buyurmuşdur ki, bu da bu yarışın yeni rekordu kimi qeydə alınmışdır. Yerli təşkilatçı komitənin bir üzvü kimi biz aşağıdakılara görə cavabdehlik daşıyırdıq:
  • Tədbirin vizual tərzi: loqo, reklam çarxı, çöl reklamı, promo-materiallar, dizayn və prodakşn işləri
  • Yerli və xarici kanallarda promo-reklam
  • Nümayəndələrə təqdim olunan akkreditasiyalar
  • Açılış və Bağlanış Mərasimlərinin təşkili
Azərbaycanda ilk dəfə Video Mapping adlı innovativ texnologiya tətbiq edildi və Açılış Mərasimi səhnəsi bütöv bir nəhəng ekrana çevrildi. Heç bir dekorasiya istifadə olunmadan parlaq və dinamik tamaşanın keçirilməsi mümkün oldu. Açılış və Bağlanış Mərasimləri tanınmış rus xoreoqrafı Edvald Smirnov tərəfindən səhnələşdirildi.
1 2 3 4 5 6 7