Ağ rəng ağ qalır, qara rəngi qara
Rexona üçün kommunikasiya kampaniyası
2015
Rexona Nivea Black & White ilə layiqli rəqabət apara bilmək üçün ləkə qoymayan yeni Rexona Invisible Black + White məhsulunu təqdim etdi. Yerli kampaniyanın sloqanı belə səslənirdi: “Ağ rəng ağ qalır, qara rəngi qara”.
İnteqrasiya olunmuş marketinq kampaniyasına start verdik. Qlobal imic çarxı ilə yanaşı, agentliyimiz demo-çarx hazırladı və regiondakı Qazaxıstan, Özbəkistan və Tacikistan kimi ölkələrdə adaptasiya olundu. Kampaniya satış nöqtələri, rəqəmsal ortamlar (yerli Rexona Facebook səhifəsi), TV-də məhsul yerləşdirilməsi və küçə reklamları vasitəsilə intensiv dəstəkləndi.
Nəticədə, kampaniyaya start verildikdən sonra 3 aylıq məhsul ehtiyatının 3 həftədə satılıb qurtarması kampaniyanın nə dərəcədə uğurlu olduğunu göstərir.