İçindəki enerji hər şeyə yetər
Burn üçün rəqəmsal kampaniya
2014
Burn gündəlik fəaliyyətlərdən yorulmuş insanları enerji ilə təmin edir, bununla da onlar növbəti addımlarını rahatlıqla atır. İş, idman, dostlarla əyləncə, səyahət və s. Biz ideyanın həyata keçirilməsi üçün inteqrasiya olunmuş kampaniya hazırladıq. İdeyanın konsepti #siradanevar (#whatsnext) heşteqi üzərində formalaşdı. İştirakçılar gündəlik fəaliyyətləri ilə bağlı selfi çəkib internetə yükləyəcək və ən populyar olanlar White Party-yə pulsuz bilet əldə edəcəkdi. Bu kampaniya TV və rəqəmsal platform vasitəsilə dəstəkləndi.
Parti də özü-özlüyündə innovativ rəqəmsal aktivasiya ilə seçilirdi — “instaprint”. Parti davam etdiyi zaman #siradanevar heşteqi ilə şəkil paylaşan iştirakçıların şəkli elə oradaca çap edilib divara yerləşdirilirdi və iştirakçılar öz şəkillərini orada tapırdılar.