Bakcell-dən artırılmış reallıq

Bakutel 2014 ən cəlbedici stend
2014
Bakcell ənənəvi olaraq hər il təşkil olunan, bütün telekommunikasiya provayderləri, internet və digər texnoloji məhsulların və servislərin bir araya toplandığı Bakutel sərgisində iştirak edir. 2013-cü ildə biz Bakcell üçün qeyri-standart sərgi stendi qurduq. Burada Bakcell-in əsas tərəfdaşı olan “Mançester Yunayted” klubunun futbolçularından istifadə edilərək artırılmış reallıq şousu nümayiş olunurdu. İştirakçılar stendə yaxınlaşdıqda, onlar ekranda özlərini “Old Trafford” stadionunda “Mançester Yunayted" futbolçuları ilə yanaşı görürdülər.
Bu stend sərgidə iştirak edənlər arasında böyük həyəcan yaratdı və nəticədə Bakcell “Bakutel 2013-də ən yaxşı interaktiv stend” mükafatına layiq görüldü.