Təsəvvür et

Bakcell – AFFA tərəfdaşlığının elan edilməsi kampaniyası
2013
Bu kampaniya Bakcell-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əməkdaşlığını elan etmək üçün nəzərdə tutulmuşdu və Bakcell-in ölkə futboluna güclü dəstəyi nəticəsində baş vermiş real hadisəyə əsaslanırdı. Videoçarx futbolçu olmaq arzusunda olan istedadlı uşaq Tamerlan Rizvanlının həyat hekayəsi haqqındadır. O, Azərbaycanın Qəbələ şəhərində yaşayır. Tək valideynin tək övladıdır və atası əlildir. Bakcell-in sayəsində o, Bakıda keçirilən Mançester Yunayted Yay Məktəbində iştirak etdi.
Aralarında Timanın da olduğu ən istedadlı altı uşaq MYYM məşqçiləri tərəfindən seçildi və Bakcell tərəfindən Mançesterə göndərildi. Amma ən əsası, Timanın futbol bacarıqları məşqçilərin o qədər xoşuna gəldi ki, o, ikinci dəfə Mançesterə əlavə seçim turunda iştirak etmək üçün dəvət olundu. Biz hesab edirik ki, bu Tima üçün böyük uğurdur və inanırıq ki, onun arzusu Azərbaycan futbolunun inkişafına kömək edəcək.
1