Novruzu bayram edək, həyatı bayram edək!

Coca-Cola Novruz kommunikasiya kampaniyası
2012
Kampaniyanın əsas məqsədi brendə olan sevgi və sədaqəti artırmaq, tətil vaxtı evdəki istehlakı artırmaq, eləcə də “Coca-Cola”nı Novruz bayramının atributlarından birinə çevirmək idi. Buna görə də biz göstərməliydik ki, Coca-Cola milli dəyərləri anlayır və bunları azərbaycanlılarla bölüşür.
Kampaniyanın əsas insaytı “Coca-Cola”nın optimizm və həyatdan zövq almaq kimi dəyərlərinin Novruz bayramının mahiyyəti ilə üst-üstə düşməsidir. Nəticədə sloqan bu cür səslənirdi: “Novruzu bayram edək, həyatı bayram edək”. Kampaniya üçün məşhur müğənni Tünzalə Əliyeva tərəfindən Novruza aid olan xüsusi bir mahnı da bəstələndi. Güclü rəqəmsal strategiya sayəsində layihəyə insanların marağı həddindən artıq çox oldu və onlar mahnıya öz töhfələrini verdilər.
Tutarlı TV və çöl reklamları ilə birgə BTL fəaliyyətləri çox böyük səs-küyə səbəb oldu və kampaniya Coca-Cola baş ofisi tərəfindən “Ən yaxşı kommunikasiya planlaşdırması” mükafatına layiq görüldü. Bununla yanaşı, kampaniyanın TV çarxı McCann İstanbul ilə tərəfdaşlıq nəticəsində ərsəyə gəldi və 2014-cü ildə Golden Crown Awards mükafatında “Ən yaxşı TV reklamı” nominasiyasında qalib gəldi.
1