Həyatınız oyunlarla, xoşbəxt anlarla dolsun!
Coca-Cola və Avropa Oyunları 2015 tərəfdaşlığı
2015
Coca-Cola Bakı 2015 1-ci Avropa Oyunlarının əsas tərəfdaşlarından biri idi. Bu insanları idmana daha yaxın etmək üçün çox önəmli bir şans idi. Kampaniya rəqəmsal yollarla çatdırılmaq üçün nəzərdə tutulmuşdu. Biz belə bir insayt tapdıq — əgər şəhərdə böyük idman tədbiri keçirilirsə, bu insanları idmana qarşı həvəsləndirir. Valideynlər öz övladlarını idman dərnəklərinə yazdırır, insanlar maşınlarını velosipedlə əvəzləyir və ya uşaqlar öz sevimli idmançıları kimi qəhrəman olmaq istəyirlər. Kampaniya “Həyatınız oyunlarla, xoşbəxt anlarla dolsun” ideyasına əsaslanırdı.
Milli iftixarı oyatmaq üçün ənənəvi media ilə başladıq. Gənclərin azərbaycanlı idmançılara uğurlar arzuladığı və Oyunların onların həyatındakı əhəmiyyətindən danışdığı reklam çarxı çəkildi. Minlərlə azərbaycanlının Oyunları böyük ekrandan izləyə biləcəyi Coca-Cola Fanat Zonası yaradıldı.
Kampaniyanın rəqəmsal kommunikasiya nəticələri inanılmaz oldu — səsimizi Azərbaycan üzrə 1,7 milyon insana çatdırdıq və 7,2 milyon nümayiş rəqəmini əldə etdik.