Parlaq Zəkalar Odlar Diyarında

42-ci Bakı Şahmat Olimpiadasının kommunikasiya dəstəyi
2016
Şahmat üzrə dünyanın ən nüfuzlu və ən böyük yarışı olan Dünya Şahmat Olimpiadası 2016-cı ilin sentyabr ayında Bakıda keçirildi. Olimpiada yarışa qatılan ölkələrin sayına və təşkilatçılıq səviyyəsinə görə tarixə keçdi. Bizə verilən tapşırıq ölkəmizdə və dünyada Olimpiadaya və bir idman növü kimi şahmata olan marağı artırmaq idi.
McCann Baku Olimpiada üçün kreativ hissəni və prodakşn materiallarını hazırladıq. Bura çöl və çap materialları, yarışın keçirildiyi məkan olan Bakı Kristal Zalının daxili brendinqi, nəqliyyat vasitələrinin brendinqi, kuboklar və medalların dizaynı, veb-sayt və məlumat bülleteninin hazırlanması, eləcə də əyləncə sahəsinin brendinqi daxil idi.
Olimpiadanın uğurla və səviyyəli təşkil olunması həm FIDE rəsmiləri, həm tərəfdaşlar, həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi. Bakı Şahmat Olimpiadası 2016-nın Əməliyyat Komitəsi Gənclər və İdman Nazirliyinin təsis etdiyi beynəlxalq “Zəfər” mükafatı tərəfindən “İlin idman tədbiri təşkilatçısı” adına layiq görüldü.
Chess 1 Chess 3 Chess 4 Chess 5 Chess 6 8 9